Valideyn
Elm və Təhsil Nazirliyi (Azərbaycan Respublikası)
No ratings yetEducationAges 4+
Screenshots
About this app
Valideyn mobil tətbiqi Elm və Təhsil Nazirliyi tərəfindən valideynlərin övladlarının təhsil prosesini rəqəmsal şəkildə izləməsinə və məktəblə daha effektiv ünsiyyət qurmasına imkan yaratmaq məqsədilə hazırlanmış rəsmi platformadır. Övladınızın təhsil həyatında daha yaxından iştirak edin, akademik inkişafını rahatlıqla izləyin və istənilən vaxt, istənilən yerdən məktəblə daim əlaqədə olun. Əsas funksiyalar: Övladınızın dərs cədvəlini gündəlik və həftəlik izləmək; Davamiyyət, qiymətləndirmə nəticələri və akademik göstəricilərlə tanış olmaq; Ev tapşırıqlarını, dərs mövzularını və gündəlik fəaliyyətləri izləmək; Məktəb elanları və vacib bildirişlər almaq; Məktəb rəhbərliyi və ya müəllimlərlə görüş üçün müraciət etmək; Övladınızın inkişaf göstəricilərini izləmək və onun təhsil prosesi ilə bağlı sorğuları cavablandıraraq iştirak etmək. Üstünlüklər: Övladınızın təhsili ilə bağlı məlumatlara mərkəzləşdirilmiş və çevik şəkildə fasiləsiz çıxış imkanı; Valideyn və məktəb arasında daha effektiv ünsiyyətin qurulması; Akademik göstəricilərin və davamiyyətin mütəmadi izlənilməsi; Sadə, təhlükəsiz, mərkəzləşdirilmiş və rahat istifadəçi təcrübəsi. Qeyd: Hazırkı mərhələdə Valideyn mobil tətbiqi yalnız elektron jurnal sisteminə keçid etmiş ümumi təhsil müəssisələrində tətbiq olunur.
What's new
Version 1.0.5 · Nov 2, 2026
Valideyn mobil tətbiqinin ilk versiyası istifadəyə verildi. Tətbiq vasitəsilə övladınızın təhsil prosesini rahat şəkildə izləyə bilərsiniz.
More from Elm və Təhsil Nazirliyi (Azərbaycan Respublikası)
You might also like
KeçdimProTech Solutions Group MMC
FES AcademyJavid Iskandarov
OlympIQ: School & OlympiadRuslan Zeynalzade
Qelem TIMArzu Alesgerov
Exam EraMirali Binnatov
Klaso: Tutor ManagerKaram Afandi
Imtahanlar - Imtahan,SinaqlarNiyaz Ismayilov
Ceyran - Azərbaycanca öyrənKanchalika Kongyong
NeuroBoomRustam Rustamov
Oxucan ElifbaOmid niayesh