AppYonder

Keçdim

ProTech Solutions Group MMC

No ratings yetEducationAges 4+

Get it free on the App StoreOpens Apple's App Store

Screenshots

About this app

İlk cəhddən keçməyə hazırlaş. Keçdim — Azərbaycandakı imtahanlara hazırlaşmağın ən sadə yoludur. Sual həll et, izahını oxu, zəif mövzunu gör, imtahan gününə hazır get. ALTI İMTAHAN, BİR TƏTBİQ • Sürücülük (DYP) — nəzəri imtahan, yol nişanları, hərəkət qaydaları • Dövlət Qulluğu — Konstitusiya, məntiqi mühakimə, qanunvericilik • MİQ · Müəllimlərin işə qəbulu — 18 ixtisas üzrə ayrıca bank • Müəllim sertifikasiyası • Magistratura • Buraxılış — 11-ci sinif BANKDA NƏ VAR? • 2 300+ aktiv sual — hamısının izahı və mənbəsi var. İzahsız sual yoxdur. • 130 yol nişanı — ayrıca kataloq: şəkil, kod və mənası bir yerdə. • Sürücülük qaydası sualları «Yol hərəkəti haqqında» Qanunun konkret maddəsinə istinad edir. • 30+ hazırlıq məqaləsi — imtahan qaydaları və taktikası. NECƏ İŞLƏYİR? • Real imtahan formatı — eyni sual sayı, eyni vaxt, eyni keçid həddi. • MİQ-də ixtisasını seçirsən, suallar yalnız sənin fənnindən gəlir. • Hər sualın izahı — cavabı əzbərləmirsən, niyəsini başa düşürsən. • Səhvlərin unudulmur — səhv etdiyin hər sual avtomatik təkrar siyahısına düşür. • Mövzu üzrə hesabat — hansı mövzunu təkrarlamalı olduğunu dəqiq göstərir. • İmtahan təqvimi — qeydiyyat və nəticə tarixləri, rəsmi mənbə linkləri, xatırlatma bildirişləri. • Sürücülükdə öz imtahan tarixini qeyd edirsən — sayğac və gündəlik plan avtomatik qurulur. • Offline — həll etdiyin suallar internetsiz də açılır, nəticə qayıdanda sinxronlaşır. • Qaranlıq rejim və qeydiyyatsız başlanğıc. KEÇDİM+ • Keçdim+ — bütün imtahanlar üçün limitsiz tam sınaq, zəif mövzu hesabatı, bütün tarixçə, reklamsız. • Keçdim+ Sürücülük — yalnız DYP sürücülük imtahanı üçün, daha sərfəli. • Pulsuz versiyada gündəlik sınaq və sual limiti var; hesab açmadan başlaya bilərsən. • Abunə App Store hesabından ödənilir və avtomatik yenilənir. Cari dövrün bitməsinə ən azı 24 saat qalmış App Store hesab ayarlarından ləğv edə bilərsən. İstifadə şərtləri (EULA): https://www.apple.com/legal/internet-services/itunes/dev/stdeula/ Məxfilik siyasəti: https://kecdim.pro-tech.az/privacy.html RƏSMİ MƏNBƏLƏR İmtahan tarixləri və keçid hədləri bu mənbələrə istinad edir: • Dövlət İmtahan Mərkəzi: https://dim.gov.az • Dövlət Yol Polisi: https://dyp.gov.az • Müəllimlərin işə qəbulu portalı: https://miq.edu.az • Yol hərəkəti qaydaları: https://e-qanun.az Son və dəqiq məlumat üçün həmişə rəsmi saytları yoxlayın. QEYD: Keçdim müstəqil hazırlıq tətbiqidir və heç bir dövlət qurumunu təmsil etmir. Suallar və təkliflər: turanmammad@gmail.com

What's new

Version 1.1.11 · Nov 3, 2026

Yeni: Keçdim+ indi App Store abunəsi ilə — bir toxunuşla, hesab açmadan. Sürücülük üçün ayrıca sərfəli paket. Onboarding-də ixtisas seçimi, 10 suallıq sürətli yoxlama, məşqdə taymer yoxdur, görmədiyin suallar əvvəl gəlir. Düzəlişlər: imtahan tarixləri və geri sayım, hesab silmə, tarixçə, bildiriş icazəsi.

In-app purchases

The most popular purchases on the App Store.

  • Keçdim+ · 1 aySubscription$69.00 / month
  • Keçdim+ · 3 aySubscription$149.00 / 3 months
  • Keçdim+ · 1 ilSubscription$399.00 / year
  • Keçdim+ Sürücülük · 1 aySubscription$39.00 / month

More from ProTech Solutions Group MMC

You might also like